Mobil Modemlərin
Essay by Woxman • January 5, 2012 • Essay • 511 Words (3 Pages) • 1,307 Views
Noutbuklar üçün mobil modemlərin geniş yayılması və smartfonların yüksək templərlə populyarlaşması nəticəsində mobil internetin sürətlə yayılması bəzi yerlərdə mobil data trafikin gözləniləndən də tez əhəmiyyətli dərəcədə artması ilə nəticələnib. 2008 və 2009-cu illərdə bəzi mobil şəbəkələrə təsir daha güclü olub:
* Avstriya: Mobilkom Austria şirkətinin trafik həcmi bir il ərzində ikiqat, 3G istifadəçilərinin sayı isə 30% artmışdır
* Fransa: Orange şirkətinin HSPA trafikinin həcmi 12 ay arzində 8 qat artmışdır
* Almaniya: T-Mobile şirkətində WCDMA/HSPA trafikinin həcmi ildə 10 dəfə artmışdır
* İsveç: TeliaSonera şirkətində trafik həcmi 290%, gəlirlər 140% artmışdır
* Birləşmiş Krallıq: O2 şirkətinin trafik həcmi hər dörd ayda ikiqat artaraq 12 ay ərzində 20 dəfə çoxalmışdır
* Birləşmiş Krallıq: Vodafone şirkətində trafik həcmi 12 ay ərzində 10 dəfə artmışdır
* ABŞ: AT&T şirkətində 3 ildə trafik həcmi 50 dəfə artmışdır
* ABŞ: T-Mobile şirkətinin məlumatına görə smartfon istifadəçilərinin payına düşən data trafiki adi səs xidmətləri istifadəçilərinkindən 50 dəfə çoxdur
* ABŞ: Verizon Wireless şirkətinin məlumatına əsasən mobil data trafikinin həcmi hər il iki dəfədən çox artır
Təəccüblü deyil ki, trafik həcminin bu cür gözlənilməz sürətlə artması bəzi şəbəkələrdə sıxlıq yaradıb. Data xidmətlərinə tələbatı ödəmək üçün bir çox ölkələr0ə şəbəkə tutumunun artırılmasına mühüm sərmayələr qoyulmağa başlamışdır. Lakin əlavə tutum problemin yalnız bir hissəsini həll edə bilər. Bəzən istifadəçilərin kiçik bir qrupu nəhəng trafik həcmi yaradaraq digər istifadəçilərin şəbəkədən istifadə imkanlarını məhdudlaşdıra bilər (məsələn AT&T Mobility şirkətinin məlumatına görə, şəbəkəsində data trafikinin 40 faizi istifadəçilərin cəmi 3 faizini təşkil edən smartfon istifadəçiləri tərəfindən yaradılır).
Şübhəsiz ki, məhdud spektr resurslarının ayrılmasından istər-istəməz asılı olan simsiz şəbəkələr üçün bu və ya digər formada ədalətli istifadə siyasəti razılaşdırılmalı və həyata keçirilməlidir.
Mobil data trafiki sürətlə artmaqda davam edir. Cisco Visual Networking Index-in proqnozlarına əsasən (aşağıdakı diaqram), mobil data trafikinin həcmi 2014-cü ilə qədər hər il ikiqat artaraq 2009 - 2014-cü illər arasında 39 dəfə artacaqdır.
Azərbaycanda
...
...